İDMAN

Kişi voleybolçularımız Mərakeş yığmasına məğlub olub - yoxlama oyunu davam edir

Voleybol Mərkəzində Mərakeş millisi ilə qarşılaşan yığmamız rəqibinə məğlub olub. Azərbaycan yığması növbəti yoxlama oyununu sabah Belarusa, ertəsi gün isə Mərakeşə qarşı keçirəcək
Sputnik
BAKI, 20 iyul — Sputnik. Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığı Bakıda davam etdirir. Hazırlıq planına uyğun olaraq yığma paytaxtdakı təlim-məşq toplanışında bir neçə yoxlama görüşü keçirəcək.
Baş məşqçi Pərviz Səmədovun komandası İslamiadadakı rəqibi Mərakeş, həmçinin Belarus yığması ilə üz-üzə gələcək.
AZƏRTAC xəbər verir ki, millimiz növbəti yoxlama oyununda gücünü sınayıb. Voleybol Mərkəzində Mərakeş millisi ilə qarşılaşan yığmamız rəqibinə 2:3 hesabı ilə məğlub olub.
İlk yoxlama oyununda millimiz Belarus seçməsinə 1:3 hesabı ilə uduzub. Azərbaycan yığması növbəti yoxlama oyununu iyulun 21-də Belarusa, ertəsi gün isə Mərakeşə qarşı keçirəcək. Qarşılaşmalar saat 17:00-da start götürəcək.