SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov NATO Baş katibi ilə görüşüb

NATO-nun mətbuat xidmətinin məlumatında bildirilib ki, görüş Azərbaycan XİN başçısının Brüsselə səfəri çərçivəsində NATO-nun baş qərargahında baş tutub.
Sputnik
BAKI, 19 iyul — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Görüş Azərbaycan XİN başçısının Brüsselə səfəri çərçivəsində NATO-nun baş qərargahında baş tutub.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan XİN rəhbəri Tbilisidə ermənistanlı həmkarı ilə görüş keçirmişdi.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, xarici işlər nazirləri arasında ikitərəfli görüşdə nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir.
Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb.
SİYASƏT
NATO Ceyhun Bayramovla Yens Stoltenberqin görüş vaxtını açıqlayıb