DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ-ni ən çox narahat edən məsələ qaz təchizatının vəziyyətidir - Borrell

Ukraynada Rusiyanın xüsusi əməliyyatı başlayandan sonra Qərb ölkələri Rusiya Federasiyasına, xüsusən də Rusiyanın enerji resurslarına qarşı sanksiyalar tətbiq etməyə başlayıb.
Sputnik
BAKI, 18 iyul - Sputnik. Avropa İttifaqında (Aİ) ən çox narahatlığa səbəb olan məsələ yaxın gələcək üçün qaz təchizatı ilə bağlı vəziyyətdir. Bunu Avropa diplomatiyasının rəhbəri Cosef Borrell Aİ Xarici İşlər Nazirləri Şurasında keçirilmiş müşavirəsinin nəticələrinə əsasən bildirib.
“"Şimal axını - 1" hələ də təmirdədir, görək bu müddət bitdikdən sonra nə baş verəcək. Biz cəmiyyətimiz və iqtisadiyyatımız üçün ən ciddi narahatlıqlara səbəb olan qaz təchizatı ilə bağlı vəziyyəti izləməyə davam edəcəyik”, - deyə diplomat bildirib.
Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan sonra Qərb ölkələri Rusiya Federasiyasına, xüsusən də Rusiyanın enerji resurslarına qarşı sanksiyalar tətbiq etməyə başlayıb.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərb üçün uzunmüddətli strategiyadır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Qeyd edək ki, bir gün əvvəl Almaniya İqtisadiyyat İnstitutunun direktoru Mixael Xyuter Avropa İttifaqı (Aİ) ölkələri enerji ehtiyatlarının çatışmazlığı vəziyyətində qonşuları ilə yanacağı bölüşdürməkdən imtina edərlərsə, Avropanın qaz bazarının çökə biləcəyini deyib.
Onun fikrincə, Aİ üzvləri yalnız öz maraqlarını düşünsələr və yanacaq çatışmazlığı olanda tədarükləri kəssələr, biznes və istehlakçılar bu qərarın fəlakətli nəticələri ilə üzləşəcəklər.
Almaniyanın “Handelsblatt” nəşri qeyd edir ki, Avropa ölkələri yanacaq çatışmazlığı zamanı fasiləsiz olaraq yanacaq mübadiləsini təmin etməli olan həmrəylik sazişlərinin bağlanmasında çətinliklərlə üzləşəcəklər.
NEFT-QAZ
Həftənin əvvəlində birjaların açılışında metallar və neft bahalaşır