DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya və Ukrayna nümayəndə heyətləri gələn həftə Türkiyədə görüşəcəklər

Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, İstanbulda Ukrayna taxılına dair koordinasiya mərkəzi yaradılacaq.
Sputnik
BAKI, 13 iyul - Sputnik. Taxıl koridorunun açılmasına dair Ukrayna və Rusiya nümayəndə heyətləri gələn həftə Türkiyədə yenidən görüşəcək.
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. O qeyd edib ki, tərəflər bütün detalları nəzərdən keçirərək görülən bütün işləri imzaları ilə təsdiq edəcəklər.
Akar həmçinin qeyd edib ki, İstanbulda Ukrayna taxılına dair koordinasiya mərkəzi yaradılacaq.
Müvafiq razılıq Türkiyə, Rusiya Federasiyası və Ukrayna müdafiə nazirliklərinin heyətləri ilə BMT-nin nümayəndə heyətləri arasında bu gün İstanbulda baş tutan görüşdə əldə olunub.
Nazir əlavə edib ki, dördtərəfli görüşdə limanların çıxış və girişlərində birgə nəzarət və transfer marşrutları boyunca naviqasiya təhlükəsizliyinin təmin edilməsi kimi texniki məsələlərlə bağlı razılıq əldə olunub.
RUSİYA
İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT-nin hərbi heyətlərinin görüşü başa çatıb