İDMAN

Teymur Rəcəbov iddiaçılar turnirində çinli şahmatçını məğlub edib

Təcrübəli şahmatçı hazırda 4-cü pillədə qərarlaşıb. O, növbəti turda ABŞ şahmatçısı Fabiano Karuana ilə qarşılaşacaq.
Sputnik
BAKI, 1 iyul - Sputnik. Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.
35 yaşlı qrossmeyster XII turda qara fiqurlarla çinli Dinq Lirenlə üz-üzə gəlib.
26-cı gedişdə rəqibini məğlub edən Rəcəbov xallarının sayını 6-ya çatdırıb.
Təcrübəli şahmatçı hazırda 4-cü pillədə qərarlaşıb. Azərbaycan təmsilçisi növbəti turda ABŞ şahmatçısı Fabiano Karuana ilə qarşılaşacaq (Report).
İDMAN
Polşada şahmat yarışı: Azərbaycanlı şahmatçı liderdir