İDMAN

Cüdoçularmız komanda yarışında Avropa birinciliyinin bürünc medallarını qazanıb

Yeniyetmə oğlanlardan ibarət millimiz fərdi yarışlarda medal əyarına və sayına görə birinci yerə sahib olub.
Sputnik
BAKI, 26 iyun - Sputnik. Xorvatiyanın Poreç şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyinin komanda yarışları keçirilib.
Azərtac xəbər verir ki, Azərbaycan cüdoçuları üçüncü yer uğrunda Polşa yığmasına 4:2 hesabı ilə qalib gələrək çempionatın bürünc medalını qazanıblar.
Qeyd edək ki, yeniyetmə oğlanlardan ibarət milli komandamız fərdi yarışlarda 2 qızıl, 4 bürünc medal qazanaraq Avropa birinciliyində medal əyarına və sayına görə birinci yeri tutub.
Ümumi komanda hesabında isə 3 qızıl, 1 gümüş və 4 bürünc medalla Azərbaycan yığması ikinci yeri tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.