BAKI, 16 iyun — Sputnik. Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov istefa verib. Bu barədə Sirkin sosial media meneceri Gülşanə Mustafayeva xəbər verib. O bildirib ki, Elmir Hüseynov öz ərizəsi ilə işdən ayrılıb: "Elmir müəllim iyun ayının 1-dən işdən çıxması ilə bağlı ərizə yazıb. Hazırda sirkin idarə edilməsi direktor müavini Nahid Ağayevə həvalə olunub".
Məlumat üçün bildirək ki, Elmir Hüseynov ötən ilin mart ayında Bakı Dövlət Sirkinə direktor təyin olunub.
Qeyd edək ki, Bakı Dövlət Sirki iyulun 15-də mövsümü bağlayır.