BAKI, 12 iyun - Sputnik. "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi, "Red Bull" komandasının pilotu Maks Ferstappen bolidindən razı qaldığını bildirib.
"Bu gün bolidimizdə inanılmaz temp var idi", - Maks Ferstappen deyib.
25 yaşlı pilot avtomobilin balansından çox razı qaldığını söyləyib:
"Komanda olaraq 1-2-ci yerlərdə qərarlaşdığımız üçün, həqiqətən də, xoş gündür”.
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi “Red Bull” komandasının pilotu Maks Ferstappen olub. Bakı qələbəsi onun karyerasında sayca 25-cidir.
"Ötən il Formula 1 Azərbaycan Qran-Prisi mənim üçün uğursuz oldu. Son anda qələbəni əldən verdim. Ancaq bu gün azarkeşlər gözəl yürüşün şahidi oldular", - Maks Ferstappen bildirib.
"Ferrari" komandasının pilotlarının mübarizəni erkən dayandırmalarının işlərinə yaradığını bildirən M.Ferstappen deyib:
"Biz rəqiblərə nisbətən daha sürətli idik. Bakı yarışı bizim üçün uğurlu alındı, çünki komandamız qələbə dubluna imza atıb. Növbəti yarış – Kanada Qran-Prisi haqqında danışmaq çətindir. Hər yarış digərindən fərqli və özəl olur".
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin ilk iki pilləsində “Red Bull Racing” komandasının pilotları Maks Ferstappen və Serxio Peres yer alıblar. İlk üçlüyü isə “Mercedes”in pilotu Corc Rassel tamamlayıb.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin ilk iki pilləsində “Red Bull Racing” komandasının pilotları Maks Ferstappen və Serxio Peres yer alıblar. İlk üçlüyü isə “Mercedes”in pilotu Corc Rassel tamamlayıb.