İDMAN

Formula 2: Yarışda növbəti qəza baş verib

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ilk qəza bu gün səhər saatlarında baş verib.
Sputnik
BAKI, 10 iyun — Sputnik. Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində qəza baş verib.
"Campos Racing" komandasından Ralf Boşunqun bolidi sərbəst yürüşdə qoruyucu səddə çırpılıb. "Report"un xəbərinə görə, 25 yaşlı sürücü dönmə zamanı avtomobilini tarazlaya bilməyib. Nəticədə qırmızı bayraq qaldırılıb.
Xatırladaq ki, Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ilk qəza bu gün səhər saatlarında baş verib. Belə ki, "MP Motorsport" komandasında çıxış edən Klement Novalakın bolidi sərbəst yürüş zamanı qoruyucu səddə çırpılıb.
Bakıda "Formula 2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb
"Hitech Grand Prix" komandasından Yuri Vips ən yaxşı nəticəni göstərib. "Carlin"dən Liam Louson ikinci, Vipsin komanda yoldaşı Markus Armstronq isə üçüncü olub.
Saat 16:30-da sıralama turu başlayacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.
İDMAN
"Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürür