BAKI, 10 iyun — Sputnik. Azarkeşlər Bakıda keçirilən "Formula 1" Qran-Prisi zamanı fırıldaqçıların qurbanı ola bilərlər.
"Kaspersky" şirkətindən "verilən məlumata görə, yarışa həsr olunan spamların kütləvi şəkildə göndərilməsi istisna edilmir. Saxta e-poçtda potensial qurbandan, ehtimal ki, guya bilet əldə edə bilməsi üçün şəxsi məlumatlarını təqdim etməsi tələb oluna bilər. Bu cür poçt göndərişlərində endirimlə bilet almaq üçün saxta səhifələrə keçidlərin də yayılması istisna edilmir. Onlara klikləməklə, istifadəçilər şəxsi məlumatlarını və bank kartı nömrələrini dələduzlara açıqlamaq riski daşıyırlar.
Digər mümkün təhlükə saxta bilet xidmətləri ilə bağlıdır. Onlar tərkibində "formula1", "bakuformula1" kimi açar sözləri ehtiva edərək çox inandırıcı görünə bilərlər.
"Kaspersky" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşfiq Məmmədovun sözlərinə görə, tədbirə bir saat qalmış bütün xüsusi təkliflərə - spontan rəsmlərə, biletlərin paylanmasına xüsusi diqqət yetirilməlidir. "Onların hamısı sizi qərar verməyə və məlumatları tez təqdim etməyə tələsdirir. Şəxsi və maliyyə məlumatları tələb edən bir formanı doldurmaqla, biletsiz və pulsuz qalmaq riski daşıyırsınız", - deyə Müşfiq Məmmədov qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.