DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan müxalifətinin Aİ nümayəndəliyindən tələbi var

İşxan Saqatelyan bildirib ki, Avropa İttifaqının nümayəndəliyindən polisin etirazçılara qarşı hərəkətlərinə qiymət verilməsini tələb edəcəklər.
Sputnik
BAKI, 7 iyun — Sputnik. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan müxalifətinin nümayəndələri Aİ-nin Yerevandakı ofisinin binasına doğru gedirlər. Bu barədə Ermənistan mediası məlumat yayıb.
Aİ-nin ofis binası iyunun 3-də nümayişçilərin polislə toqquşduğu, nəticədə onlarla insanın yaralandığı, 13 nəfərin saxlandığı hökumət iqamətgahının yanında yerləşir. Faktla bağlı "kütləvi iğtişaşlar" maddəsi ilə cinayət işi başlanıb.
Bir müddət əvvəl Ermənistan müxalifət fraksiyasından parlamentin vitse-spikeri İşxan Saqatelyan bildirib ki, nümayişçilər Avropa İttifaqının nümayəndəliyindən polisin etirazçılara qarşı hərəkətlərinə qiymət verilməsini tələb edəcəklər. Saqatelyan həmçinin bildirib ki, müxalifət ölkədə akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri ilə görüş tələb edəcək.
Aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirilir. Onlar hesab edirlər ki, hazırkı hakimiyyətin siyasəti Ermənistan və ermənilərin Dağlıq Qarabağda xəyalını qurduqları qondarma rejim üçün dağıdıcıdır. Bu, erməni tərəfini nəinki yeni güzəştlərlə, həm də dövlətçiliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoyub.
DÜNYA XƏBƏRLƏRİ
Ermənistan Təhlükəsizlik Şurasının binası mühasirəyə alındı