BAKI, 2 iyun — Sputnik. Macarıstan Azərbaycandan enerji ehtiyatlarını tədarük etməkdə maraqlıdır. Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakı Enerji Forumunda deyib.
Nazir bildirib ki, Azərbaycan qazının Avropanın əsas idxalatçısına çevrilməsi üçün Xəzər regionunun infrastrukturu və potensialı inkişaf etdirilməlidir. Enerji qiymətləri, boru kəmərlərinin azlığı müəyyən çətinliklər yaradır.
Azərbaycanda Bakı Enerji Forumu başlayıb
Qeyd edək ki, iyunun 2-də Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu öz işinə başlayıb. Forum Bakı Enerji Həftəsinin ayrılmaz tərkib hissəsidir.
Tədbirdə qlobal enerji perspektivləri, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlər müzakirə olunur.
Bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir. Forumun proqramına 50 məruzəçinin 25-dən çox mövzusu daxildir.
Plenar iclas "Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər" mövzusuna həsr olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.