AZƏRBAYCAN XƏBƏRLƏRİ

Türkiyə Prezidenti Azərbaycana gəlib

Türkiyə Cümhuriyyətinin liderinin Azərbaycana səfəri bir gün çəkəcək.
Sputnik
BAKI, 28 may - Sputnik. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
SİYASƏT
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib