İQTİSADİYYAT

Son ayda rubl yeddi manata yaxın bahalaşıb

Rublun manat qarşısında möhkəmlənməsi davam edir. İxrac gəlirlərinin axını rublun möhkəmlənməsində əsas amildir.
Sputnik
BAKI, 23 may — Sputnik. Mayın 23-də 1 Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 2.19% artaraq 0,0279 manat olub (1000 rubl = 27 manat 90 qəpik).
Mayın 20-də 1000 rubl 27 manat 30 qəpik təşkil edib. Başqa sözlə, mayın 20-si ilə müqayisədə bu gün rubl daha 60 qəpik bahalaşıb. Ötən həftənin əvvəli ilə müqayisədə rubl 1 manat 60 qəpik möhkəmlənib.
Son bir ayda isə rubl manat qarşısında 7 manata yaxın möhkəmlənib.
Səbəblər
Qeyd edək ki, rubl inkişaf etməkdə olan bazarların valyutaları arasında ilin əvvəlindən dollar qarşısında möhkəmlənmənin liderlər sırasındadır. Moskva birjasında rubl bu müddət ərzində 6,2% artıb.
İxrac gəlirlərinin axını rublun möhkəmlənməsində əsas amildir, son iki ayda bu göstərici gündə ən azı 1,7 milyard ABŞ dollarına bərabər olub.
Xatırladaq ki, martın 9-da 1000 rubl 13,10 manat olmuşdu. Bu da 2015-ci ilin 20 fevral tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.
Onu da qeyd edək ki, Moskva birjasında dolların məzənnəsi 2018-ci ilin aprelindən bəri ilk dəfə olaraq 60 rubldan aşağı düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Son ayda rubl 30%-dək bahalaşıb