BAKI, 20 may — Sputnik. Türkiyənin reytinqli seriallarından biri "Kuruluş Osman"da növbəti dəfə Azərbaycanla bağlı səhnəyə yer verilib.
Ekran işinin ötən həftəki bölümündə Burak Özçivitin canlandırdığı Osman bəy Şuşanın adını çəkir.
O, başına toplaşan əsgərlərinə "Şərqdəki Şuşa da bizimdir" sözlərini deyir.
Qeyd edək ki, serialda həmyerlimiz, Avropa çempionu Zabit Səmədov da rol alır. Daha əvvəl isə Səmədovun oynadığı Gence Bəy Şuşadan müharibədən gəldiyini, düşmənləri iti qovan kimi qovduqlarını demişdi.
Məlumat üçün bildirək ki, serial 20 noyabr 2019-cu ildə başlayıb və davam edir. "Kuruluş Osman" serialı "Diriliş Ərtoğrul" serialının davamıdır. Serial Osmanlı İmperiyasının qurucusu və ilk hökmdarı I Osmanın (Osman Qazi / Osman bəy) həyatından bəhs edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.