BAKI, 16 may — Sputnik. Müxtəlif yaş dövrlərində üzdə yaranan sızanaqlar hər kəsi narahat edir. Rusiya KİV-lərinin alimlərin elmi hesabatlarına əsasən yaydığı məlumata görə, bu sızanaqların yaranma səbəblərindən biri də düzgün qidalanmamaqdır.
Yəni, düzgün və sağlam qidalanmaq, zərərli qidalardan uzaq olmaqla sızanaqlardan daha tez xilas olmaq mümkündür.
Nələrdən imtina edilməlidir?
İlk olaraq şirniyyatdan, alkaqollu içkilərdən, yağlı qidalardan imtina etmək lazımdır.
Normadan artıq kofe qəbulu da dəriyə mənfi təsir edir, sızanaqların yaranmasına səbəb olur. Sızanaqlardan xilas olmaq üçün zülalla zəngin qidalardan da imtina etmək məsləhət görülür.
Çünki belə qidalar orqanizmdə steroid hormonların səviyyəsini artırır ki, nəticədə dəridə sızanaqlar yaranır.
Zülalla zəngin qidalara qoz-fındıq, ət və süd məhsulları aiddir. Sızanaqlardan əziyyət çəkən insanlar bu qidaların qəbulunu azaltmalıdırlar.
Daha çox meyvə-tərəvəzə, müxtəlif sıyıqlara üstünlük vermək tövsiyə olunur.
Bundan başqa, gün ərzində azı 1,5 l təmiz su içmək tövsiyə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.