BAKI, 15 may - Sputnik. İtaliyanın Turin şəhərində 66-cı “Avroviziya-2022” mahnı müsabiqəsi başa çatıb.
Azərbaycanı bu müsabiqədə təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə 106 xal toplayaraq 16-cı yerdə qərarlaşıb. Yunanıstan, Serbiya və İspaniya milli münsiflər heyəti Azərbaycana 12 səs verib.
Müsabiqənin finalında 25 ölkənin - Azərbaycan, Çexiya, Rumıniya, Portuqaliya, Finlandiya, İsveçrə, Fransa, Norveç, İtaliya, İspaniya, Niderland, Ukrayna, Almaniya, Litva, Belçika, Yunanıstan, İslandiya, Moldova, İsveç, Avstraliya, Böyük Britaniya, Polşa, Serbiya, Estoniya və Ermənistan təmsilçiləri yarışıb.
Yarışın qalibi 631 səslə Ukrayna ("Kalush Orchestra" qrupu "Stefania" mahnısı ilə) olub. Beynəlxalq mahnı müsabiqəsində ikinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya təmsilçisi tutub.
Builki yarışmanın şüarı “Gözəlliyin Səsi” (“The Sound of Beauty”) olub. Müsabiqə Avropa Yayım Birliyi (EBU) və yerli “Rai” telekanalının təşkilatçılığı ilə keçirilib.