DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yerevanda müxalifət yürüşünün onlarla iştirakçısı saxlanılıb

İrəvanda müxalifətin mitinqində bir neçə etirazçı saxlanılıb.
Sputnik
BAKI, 10 may — Sputnik. Çərşənbə axşamı Ermənistan polisi Yerevanda keçirilən müxalifətin yürüşünün onlarla iştirakçısını saxlayıb. Bu barədə RİA Novosti-nin müxbiri xəbər verir.
Həbslər Yerevanın Qay küçəsindəki Meqamol binasından yürüşə başlayan müxalifət tərəfdarlarının yolayrıclarından birini bağlamasından sonra başlayıb. Onlarla ən fəal etirazçı sərt şəkildə saxlanılaraq məhbusların daşınması üçün olan nəqliyyat vasitəsinə yerləşdirilib. Bəzi yürüş iştirakçıları saxlanılanlarıları xilas etməyə çalışsalar da, polis onlara imkan verməyib.
Həbslərdən sonra yolayrıcları açılıb və yürüş davam edib.
Aprelin 25-dən etibarən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirir. Etirazçılar əmindirlər ki, hakimiyyətin siyasəti ölkə dövlətçiliyini itirməklə hədələyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
DÜNYA XƏBƏRLƏRİ
İrəvanda Paşinyanın istefası tələb edilir: müxalifət Ermənistanın dağılacağından qorxur