İDMAN

"Qarabağ" ilk yüzlüyə daxil oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının yeni reyintq cədvəlində Ağdam təmsilçisi ötən ayla müqayisədə 7 pillə irəliləyib.
Sputnik
BAKI, 10 may — Sputnik. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb.
300 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.
Aktivində 136 xalı olan Ağdam təmsilçisi ötən ayla müqayisədə 7 pillə irəliləyərək 99-cu yerə yüksəlib. Klub Cənubi Afrikanın "Mamelodi Sandaunz", Almaniyanın "Bayer" (Leverkuzen) klubları ilə eyni xala malikdir.
"Neftçi" isə 87 xalla 237-ci mövqedən 221-ci sırayadək irəliləyib. "Neftçi" "Kolon Santa Fe", "Nyuells Old Boys" (hər ikisi Argentina) və "Dandolk" (İrlandiya) komandaları ilə eyni xalı toplayıb.
İlk üçlükdə 305 xalla "Çelsi" (İngiltərə), 304 xalla "Atletiko Mineyro" və 296 xalla "Palmeyras" (hər ikisi Braziliya) qərarlaşıblar (AZƏRTAC).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İDMAN
"Neftçi"nin kapitanı bir qolla iki yubiley qeyd edib