Sümük ağrısı və yorğunluqdan əziyyət çəkirsizsə, bunları mütləq etməlisiz

Amerikalı alimlərin apardıqları araşdırma maraqlı nəticələri ortaya çıxarıb.
Sputnik
BAKI, 8 may — Sputnik. Daha xoşbəxt olmaq üçün insanların D vitamininə ehtiyacı var.
Amerikalı alimlər D vitamini çatışmazlığından əziyyət çəkın şəxslər üzərində apardıqları araşdırma zamanı belə xəstələrin müxətlif problemlərdən əziyyət çəkdiyini sübuta yetiriblər.
Alimlər bildirir ki, D vitamini əskikliyinin əsas əlamətlərindən biri də yorğunluqdur.
Araşdırmala görə D vitamini çatışmazlığı fiziki aktivliyi aşağı salmaqla yanaşı yorğunluğun yaranmasına da səbəb olur. Könüllülərin təxminən 77%-i özlərini yorğun hiss etdiklərini, lakin yüksək dozada D vitamini ilə müalicədən sonra daha yaxşı olduqlarını bildiriblər.
Sümük ağrısı və ya əzələ zəifliyi də D vitamini əskikliyinin əsas səbəblərindəndir.
Alimlər bildirir ki, D vitamini kalsiumun tam udulmasını təmin etməklə skelet sisteminin sağlamlığını təmin edir.
D vitamini əskikliyi ən pis halda depressiyaya səbəb olur
D vitamini beynin normal fəaliyyətini dəstəkləyir və "xoşbəxtlik hormonları" (dopamin, adrenalin və noradreanlins) istehsalı üçün zəruri olan fermentin tənzimlənməsində iştirak edir. Aparılan araşdırmalar göstərib ki, D vitamini çatışmazlığı depressiya və digər psixi problemlərin yarnmasına səbəb olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
ELM
Pomidor şirəsinin faydaları və zərərləri barədə