BAKI, 5 may — Sputnik. Ötən gün saat 15 radələrində Sumqayıt şəhərində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Prokurorluğun məlumatına görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və çatdırıldığı xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, bir neçə gün öncə də Sumqayıtda bədbəxt hadisə baş vermişdi. Belə ki, aprelin 28-də saat 18 radələrində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın başlayıb. Yanğın aprelin 29-da saat 08:24-də söndürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.