AZƏRBAYCAN XƏBƏRLƏRİ

"Azərsu" MTK-lara müraciət edib

İl ərzində 870 anbarın yuyulub təmizlənməsi nəzərdə tutulur.
Sputnik
BAKI, 5 may — Sputnik. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti Mənzil-Tikinti Kooperativlərinə (MTK) müraciət edib.
Müraciətdə deyilir ki, MTK-lar su anbarlarının yuyulub təmizlənməsi üçün bu sahədə ixtisaslaşmış təşkilatlara və yaxud "Azərsu"yun yerli sukanal idarələrinə müraciət edə bilər.
Anbarların yuyulması tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq kooperativlərin vəsaiti hesabına həyata keçirilir. Yuyulub-təmizləndikdən sonra anbarların istismarına Gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında icazə verilir.
Bu ilin yanvar-aprel aylarında "Azərsu" ümumi həcmi 490 min kubmetr olan 305 mərkəzi və məhəllədaxili anbarı yuyaraq təmizləyib və dezinfeksiya edib. Bu ilin sonuna qədər Bakı və Abşeronda, həmçinin regionlarda ümumi həcmi 1 milyon kubmetrdən çox olan 870 anbarın yuyulub təmizlənməsi nəzərdə tutulur.
Qeyd edək ki, "Azərsu" ASC-nin balansında olmayan və MTK-lara məxsus su anbarları da ildə ən azı bir dəfə yuyulub təmizlənməlidir. Bununla bağlı MTK rəhbərləri məlumatlandırılır, əhaliyə verilən içməli suyun təhlükəsizliyi üçün anbarların yuyulub-təmizlənməsinin zəruri olduğu onların diqqətinə çatdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Qarabağda iki yeni su anbarı tikiləcək