RUSİYA

Kreml Putinin G20 sammitinə dəvət olunması ilə bağlı sualı cavablandırıb

Rusiya G20 sammitində iştirakla bağlı hələ qərar verməyib.
Sputnik
BAKI, 29 aprel — Sputnik. Peskovun, Putinin G20 sammitinə dəvəti ilə bağlı suala cavabı belə olub: Rusiya tədbirə hazırlaşacaq.
Rusiya G20 sammitinə hazırlaşacaq. İştirak modallıqları haqqında danışmaq isə hələ tezdir, - deyə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O xatırladıb ki, bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin İndoneziya prezidenti Coko Vidodo ilə telefon danışığı aparıb.
"Çox pozitiv bir söhbət oldu. Putin İndoneziyanın G-20 sədrliyinə uğurlar arzuladı və əmin etdi ki, Rusiya da bu uğurlu sədrliyə töhfə vermək üçün lazım və mümkün olan hər şeyi edəcək. Və, Rusiya da, həmçinin, bu sammitə hazırlaşacaq.
İştirakımızın bəzi digər modallıqları haqqında danışmaq hələ tezdir. Biz sizə vaxtında məlumat verəcəyik", – deyə Peskov jurnalistlərə Putinin G20 sammitinə dəvəti ilə bağlı sualı cavablandırarkən bildirib.
Peskovdan, Putinin G20 sammiti üçün İndoneziyaya səfər edib-etməyəcəyi və ya videokonfrans vasitəsilə iştirak etməsi ilə bağlı qərarın verilib-verilmədiyi də soruşulub.
"Xeyr, belə qərarlar yoxdur. Prezident həqiqətən də cənab Vidodoya sammitdə iştirak etmək üçün mehriban dəvətinə görə təşəkkür edib. Rusiya bu sammitə hazırlaşacaq və İndoneziyanın sədrliyinin uğurlu olması üçün əlindən gələni edəcək", - deyə Peskov izah edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Baydenin təzyiqlərinə rəğmən Rusiya prezidenti G20-yə dəvət edilib