İDMAN

Azərbaycan taekvondoçuları Özbəkistana nə üçün gedib

Milli komandamız Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşır.
Sputnik
BAKI, 28 aprel - Sputnik. Aprelin 28-də Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandası Avropa çempionatına hazırlıq məqsədilə Özbəkistana yola düşüb. Bu barədə Azərbaycan Taekvondo Federasiyasından Azərtac-a məlumat verilib.
Məlumatda bildirilir ki, milli komandamız təlim-məşqlərin ilk mərhələsini Bakıda keçirilib. Hazırlığın ikinci mərhələsini Özbəkistan komandası ilə birlikdə təşkil edəcək.
Komandamız Daşkənd şəhərində keçirilən beynəlxalq məşqlərə 14 (8 kişi və 6 qadın) idmançı ilə qatılacaq. Təlim-məşqlər mayın 8-dək davam edəcək.
Baş məşqçi Reza Mehmandoust, böyük məşqçi Sənan Həşimov, qadınların baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Rəşad Məmmədov məşqlərə Minayə Əkbərova, Fatimə Məcidova, Patimat Abakarova, Fəridə Əzizova, Sevda Pirseyidova, Qönçə Hüseynli, Radik İsaev, Milad Beigi Hərçəqani, Xanoğlan Kərimov, Pərviz İsgəndərov, Taleh Süleymanov, Gaşım Maqomedov, Səyyad Əlizadə və Eltac Qafarovu cəlb edib.
Xatırladaq ki, Avropa çempionatı mayın 19-22-də Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İDMAN
Azərbaycan taekvondoçuları Türkiyədə necə fərqləndilər