BAKI, 26 aprel — Sputnik. Azərbaycan nefti kəskin ucuzlaşıb.
"Azeri Light" markalı neftin qiyməti 7,57 ABŞ dolları və ya 6,9% azalaraq, 102,1 dollar təşkil edib.
London birjasında "Brent" markalı neftin qiyməti 1,38 dollar artaraq 103,70 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 1,07 dollar bahalaşaraq 99,61 dollar olub.
Qeyd edək ki, son vaxtlar dünyada neftin qiymətlərində ucuzlaşma müşahidə edilir. Ən böyük neft idxalçısı Çində koronavirusa yoluxmanın artması səbəbindən neftə olan tələb azalıb. Bu gün isə nisbətən bahalaşma qeydə alınıb.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.