BAKI, 25 aprel - Sputnik. Rusiya qoşunları Ukrayna dəmir yollarında Qərbin Kiyevə silah göndərdiyi uzaqmənzilli dəqiq silahlarla altı yarımstansiyanı məhv edib. RİA Novosti-nin xəbərinə görə, bunu bazar ertəsi Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.
“Uzun mənzilli yüksək dəqiqlikli silahlar “Krasnoe”, “Zdolbunov”, “Jmerinka”, “Berdiçev”, “Kovel” və “Korosten” dəmir yolu stansiyalarının ərazilərində altı dartma yarımstansiyasını məhv edib”, - deyə Konaşenkov bildirib.
O, aydınlaşdırıb ki, bu məntəqələr vasitəsilə Donbasdakı Ukrayna qoşun qrupuna xarici silah və hərbi texnikasının çatdırılması həyata keçirilir.
Bundan əlavə, gün ərzində Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin və milli batalyonların canlı qüvvəsi və texnikasının toplandığı on rayonu raketlərlə vurub:
"Daha 76 belə yer Rusiya Aerokosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası tərəfindən vurulub. Dörd komanda məntəqəsi və iki yanacaq anbarı da məhv edilib. Ukraynanın 27 hərbi obyekti yüksək dəqiqlikli havadan buraxılan raketlərlə vurulub".
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.