BAKI, 24 aprel — Sputnik. Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirəcək.
Otuz yeddi yaşlı qrossmeyster "Oslo Esports Cup"ın üçüncü turunda kanadalı Erik Hansenlə üz-üzə gələcək.
Məmmədyarov ilk iki turda çinli Le Kuanq Lyeyə qalib gəlib, Hindistan təmsilçisi Rameşbabu Praqnanandhaya isə uduzub.
"Oslo Esports Cup" da Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland) və Yan-Kşiştof Duda (Polşa) da iştirak edir.
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.
Azərbaycan şahmat qrossmeysteri dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə kişi şahmatçıdır.
2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.