AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılacaq

Azərbaycanın əsas maqistrallarından birində yol hərəkəti məhdudlaşdırılacaq.
Sputnik
BAKI, 23 aprel — Sputnik. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-cü kilometrində yerüstü piyada keçidinin üst konstruksiyasının quraşdırılması ilə əlaqədar 24 aprel tarixində saat 05:00-dan 06:00-dək yolun qeyd edilən hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.
Bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yayıb.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən saatlarda sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik", - AAYDA qeyd edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Naxçıvana 2 avtomobil yolu tikiləcək - Baş nazirin müavini