BAKI, 23 aprel — Sputnik. ABŞ-ın maliyyə naziri Canet Yellen Rusiya yanacağının Qərb üçün rədd edilməsinin ağır nəticələrini açıqlayıb. Bu barədə The Hill yazır.
Departament rəhbərinin sözlərinə görə, neft, qaz və kömürə tam embarqo ilə Qərb ölkələrinin iqtisadiyyatına mənfi təsir Moskvaya vurduğu zərərdən çox ola bilər.
“Bu, açıq şəkildə dünya neft qiymətlərini yüksəldəcək, Avropaya və dünyanın digər hissələrinə dağıdıcı təsir göstərəcək və sağlam düşüncənin əksinə olaraq, əslində Rusiyaya çox cüzi mənfi təsir göstərə bilər, çünki Rusiya daha az ixrac etsə də, ixrac gəlirləri artacaq", - Yellen mətbuat konfransında bildirib.
Bundan əvvəl Avstriyanın maliyyə naziri Maqnus Brunner Rusiyadan yanacağın tədarükünə mümkün qadağadan danışıb. Onun sözlərinə görə, Avstriya Rusiya qazına qoyulan embarqonu dəstəkləməyəcək, çünki bu, Moskvadan daha çox onuna özünə problem gətirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.