BAKI, 21 aprel — Sputnik. Aprelin 25-dən müəllimlərin ənənəvi yerdəyişməsinə start veriləcək.
Bunu Təhsil Resursları İnstitutunun İnsan Resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib. Onun sözlərinə görə, növbəti 9 gün ərzində sistem aktiv olacaq: "4 may saat 11:00-da sistem bağlanacaq. Ötən illərdən fərqli olaraq namizədlər sənəd qəbulunda vakansiya seçimi etməyəcəklər, sadəcə şəxsi məlumatlarını göndərəcəklər, sənəd yükləmək lazım olsa, sənəd yükləyəcəklər".
APA-nın xəbərinə görə, emal prosesindən sonra yeni qaydalarla vakant seçiminə start veriləcək.
N.İsmayılbəyli bildirib ki, müəllimlərin qarşılıqlı yerdəyişməsi ilə bağlı 4000-dən artıq müraciət var.
Qeyd edək ki, yay aylarında müəllimlərin yerdəyişməsi və MİQ imtahanları olacaq. Növbəti tədris ilindən yenidən müəllimlərin qarşılıqlı yerdəyişməsi olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.