İDMAN

Yarımfinal oyunlarının təyinatları açıqlanıb

"Zirə" – "Neftçi" oyununun hakimləri Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli olacaq.
Sputnik
BAKI, 19 aprel — Sputnik. Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının bütün təyinatları müəyyənləşib.
Azərbaycan Peşəkar Futbol Liqasının məlumatına görə, "Qəbələ" – "Qarabağ" matçını Kamal Umudlu, "Zirə" – "Neftçi" oyununu isə FIFA referisi Rauf Cabarov idarə edəcək.
20 aprel (çərşənbə) saat 17:30-da Qəbələ şəhər stadionunda baş tutacaq "Qəbələ" – "Qarabağ" oyununu Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev idarə edəcək. Oyunun hakim-inspektoru Anar Salmanov olacaq.
20:00-da baş tutacaq "Zirə" – "Neftçi" oyununun hakimləri Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli, hakim-inspektoru Babək Quliyev olacaq. Oyun Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İDMAN
Azərbaycanın futbol yığmasının baş məşqçisi komandasını təhqir edib?