BAKI, 16 aprel - Sputnik. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Vahid Rusiya Partiyasının feyk xəbərinə münasibət bildirib.
Report xəbər verir ki, bu barədə o, teleqramda yazıb.
“Feyklər alternativ kainat yaradır. Xüsusilə sevindirici haldır ki, "Vahid Rusiya" ilə bağlı saxta xəbərlərin bir hissəsi birbaşa Dövlət Departamentindən maliyyələşir. “Starlink” peyklərinin məhv edilməsinə gəldikdə isə, bu, yeni fikirdir və buna görə təşəkkür edirəm. İcra etmək hələ tezdir, amma belə xahiş olarsa, nəzərdən keçirərik”, - siyasətçi vurğulayıb.
Qeyd edək ki, bu gün səhər "Vahid Rusiya" Partiyasının adından yaradılan feyk saytda Dmitri Medvedevin İlon Maskın şirkətinə məxsus “Starlink” peykinin məhv edilməsi barədə əmrin olduğuna dair həqiqəti əks etdirməyən açıqlaması yer alıb. Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) həmin sayta girişi dərhal əngəlləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.