İDMAN

Azərbaycan boksçularının Avropa birinciliyində ilk rəqibləri bəlli olub

Komandamızın heyətində birinciliyin ilk günündə rinqə 3 boksçumuz çıxacaq
Sputnik
BAKI, 14 aprel — Sputnik. Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Boks üzrə gənclər arasında Avropa birinciliyinin püşkü atılıb.
Apasport.az-ın məlumatına görə, bu gün start götürəcək yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub. Komandamızın heyətində birinciliyin ilk günündə rinqə 3 boksçumuz – Kamil Babayev, Səid Abdullayev və Daniel Xolostenko çıxacaq.
Avropa birinciliyində 39 ölkədən 400-dən artıq boksçu qüvvəsini sınayacaq. Azərbaycan millisi oğlanların yarışında tam heyətlə mübarizə aparacaq. Yarışın qaliblərinin adları isə aprelin 21-də açıqlanacaq.
14-18 aprel tarixlərində keçirilən görüşlərdə qarşılaşma belə olacaq:
14 aprel, 1/16 final
Kamil Babayev (54 kq) – Davit Çaparidze (Gürcüstan)
Səid Abdullayev (67 kq) – Samuel Quqliotta (İtaliya)
Daniel Xolostenko (71 kq) – Andrey Osiyevsçi (Moldova)
15 aprel, 1/16 final
Zaur Qəhrəmanov (63,5 kq) – Antoni Makdonnel (İrlandiya)
Aslan Quliyev (60 kq) – Aleksandr Yarovyı (Ukrayna)
1/8 final
Kənan Babayev (48 kq) – Telet Yağlı (Türkiyə)
Ənvər Babayev (75 kq) – Morris Harstedt (İsveç)
Səbuhi Əlizadə (+92 kq) – Kaan Tükenmez (Türkiyə)
16 aprel, 1/16 final
Arif Bayramov (57 kq) – Artur Donoque (İrlandiya)
1/8 final
Sərxan Budaqov (80 kq) – Vladislav Dudar (Ukrayna)
Məmməd Quliyev (92 kq) – Elvin Mayue-Belezika (İsveç)
Amin Məmmədzadə (51 kq) – Patrik Makkenna (İrlandiya)
18 aprel, 1/4 final
Fətəli İsmayılov (86 kq) – Oğuzxan Türk (Türkiyə)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İDMAN
Ölkəmizdə böyük boks hadisəsi olacaq