BAKI, 12 aprel — Sputnik. Ukraynada yetişən anti-Rusiya qüvvələri ilə toqquşma qaçılmaz idi, bu, sadəcə, vaxt məsələsi idi. TASS xəbər verir ki, bu fikri aprelin 12-də Rusiya Prezidenti Vladimir Putin "Vostoçnı" kosmodromunda yerli kosmik sənayenin əməkdaşları ilə söhbəti zamanı deyib.
"Ukrayna anti-Rusiya dayağına çevrilməyə başlayıb, orada uzun müddət mövcud olan millətçilik və neonasizmin tumurcuqları böyüməyə başlayıb", - dövlət başçısı bildirib. "Neonasizmin böyüməsi xüsusi olaraq artdı və Rusiyanın bu qüvvələrlə toqquşması qaçılmaz idi, onlar yalnız hücum üçün vaxt seçdilər", - deyə Putin vurğulayıb.
Putin əmindir ki, Donbasın müdafiəsi üzrə əməliyyat məqsədlərinə nail olacaq. "Belə də olacaq. Şübhə yoxdur ki, Silahlı Qüvvələr qarşıya qoyulan məqsədlərə nail olacaq. Məqsədlər tamamilə başa düşüləndir, onlar nəcibdir", - Putin qeyd edib.
"Əsas məqsəd Donbasdakı insanlara kömək etməkdir. Biz qəbul edirik ki, bunu etmək lazım idi. Çünki Qərbin hərəkətə gətirdiyi Kiyev hakimiyyəti problemlərin sülh yolu ilə həllinə yönəlmiş Minsk razılaşmalarına əməl etməkdən imtina etmişdi", - prezident əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.