SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bayramovla Mirzoyanın telefon danışığı Aİ rəsmisinin xoşuna gəlib

Toivo Klaar Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu gün baş tutmuş telefon danışığını Brüssel görüşündən sonra mühüm inkişaf adlandırıb.
Sputnik
BAKI, 11 aprel - Sputnik. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu gün baş tutmuş telefon danışığına münasibət bildirib.
Aİ rəsmisi öz Twitter hesabında bu barədə paylaşım edib.
“Ötən həftə Brüssel görüşündən sonra mühüm inkişaf. Avropa İttifaqı birbaşa təmasları və əlaqəni dəstəkləyir”, - Toivo Klaar qeyd edib.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub. Tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Azərbaycan və Ermənistan XİN başçıları telefonda nə danışıblar?