BAKI, 11 aprel - Sputnik. Mart ayında Bakıda torpaq bazarında qiymətlərdə bahalaşma qeydə alınıb.
Bu barədə “MBA Consulting Group” şirkətindən Trend-ə bildirilib.
Verilən məlumata görə, mart ayında Bakıda bir sot torpağın orta qiyməti 7,22 faiz bahalaşıb. İl ərzində isə qiymətlər 2,32 faiz qalxıb.
Qeyd edilib ki, qiymət artımı mövsümi xarakter daşıyır. Yaz-yay fəsli dövründə torpağa, həyət evlərinə tələbat artır, torpaq bazarında aktivləşmə müşahidə edilir, torpaq sahələrində ev tikintisi işləri aktivləşir. Bütün bunlar torpaq bazarında qiymətlərə təsirsiz ötüşmür.
Daha əvvəl mütəxəssislər bildiridilər ki, Ukraynadakı xüsusi hərbi əməliyyatlar fonunda Ukrayna və Rusiyada yaşayan azərbaycanlıların vətənə qayıtması ev və torpaq bazarında qiymətlərin artmasına səbəb olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.