RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Şoltsdan üstüörtülü açıqlama: Biz tərəfdaşlarla danışırıq

Almaniya Kansleri bildirib ki, təhlükəsizlik zəmanətləri ilə bağlı məsələ qaldırılıb, lakin hələ ətraflı öyrənilməyib.
Sputnik
BAKI, 6 aprel — Sputnik. Ukrayna üçün təhlükəsizlik təminatları məsələsi müzakirə olunur, lakin konkret müddəalar barədə ictimaiyyətə danışmaq hələ tezdir. Sputnik Azərbaycan TASS-a istinadla xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Bundestaq deputatlarının suallarını cavablandırarkən deyib.
"Təhlükəsizlik zəmanətləri ilə bağlı məsələ qaldırılıb, lakin hələ ətraflı öyrənilməyib. Təbii ki, biz bu barədə lazımi etimad şərtləri əsasında Ukrayna və adı çəkilən digər tərəfdaşlarla danışırıq", - deyə Kansler bildirib.
Şolts əlavə edib ki, bu prosesin konfidensiallığına görə o, suala daha ətraflı cavab verə bilmir.
Martın sonunda İstanbulda Moskva və Kiyev nümayəndə heyətləri arasında təkbətək danışıqlar olub. Görüşdən sonra Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Rusiya tərəflər arasında razılaşma ilə bağlı Ukraynadan yazılı təkliflər alıb.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Bolqarlar Ukraynaya hərbi yardıma etiraz edir