MƏDƏNİYYƏT

Nizami Gəncəvi ilə bağlı ən yaxşı esseni kim yazdı

Rusiya vətəndaşı Mülayim Hümmətova isə "Nizami Gəncəviyə məktub" əsəri ilə üçüncü olub.
Sputnik
BAKI, 4 aprel — Sputnik. Beynəlxalq Muğam Mərkəzində "Nizami Gəncəviyə məktub" beynəlxalq esse müsabiqəsinin qaliblərinin təltifolunma mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, müsabiqənin münsiflər heyətinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
A.Kərimov bildirib ki, ötən il noyabrın 16-da başlayanan müsabiqə dekabrın 30-da yekunlaşıb: "Müsabiqəyə 19 ölkədən (Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Ukrayna, Polşa, Rusiya, Belarus, Bolqarıstan, Serbiya, Moldova, Çin, Cənubi Koreya, Vyetnam, İndoneziya, Maldiv, Küveyt, Misir, Nigeriya) 4 dildə (Azərbaycan, türk, ingilis və rus dilləri) olmaqla ümumilikdə 288 esse təqdim olunub. 24 əsər müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul olunmayıb. Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün qəbul edilən 264 esse və onların müəllifləri xüsusi ştrix ilə şifrələnib və "Nizami Gəncəviyə məktub" müsabiqəsinin qiymətləndirmə komissiyasına təqdim edilib".
Onun sözlərinə görə, komissiyanın 4 üzvü tərəfindən esselərin bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və mətnlərə müəyyən edilən qiymətləndirmə cədvəlinə müvafiq olaraq qiymət verilib.
Nazir deyib ki, nəticələrə əsasən, Türkiyə vətəndaşı Selçuk Karakılıçın "Büyük Kahraman": Nizami Gencevi" essesi birinci yerə çıxıb.
Küveyt vətəndaşı Tariq Yousefin yazdığı "A Letter to Nizami Ganjavi" essesi ikinci yeri tutub. Rusiya vətəndaşı Mülayim Hümmətova isə "Nizami Gəncəviyə məktub" əsəri ilə üçüncü olub.
Nazir vurğulayıb ki, müsabiqənin məqsədi xaricdə və Azərbaycanda Nizami Gəncəviyə necə baxılmasını öyrənmək idi: "Bu müsabiqə də onu göstərdi ki, xaricdə də dahi şəxsiyyətə maraq böyükdür. Növbəti illərdə də bu şəxsiyyəti tanıtdırmaqla məşğul olacağıq. Bu işlər çərçivəsində bu il də Nizami Gəncəvi Beynəlxalq Forumunu keçirməyi planlaşdırırıq".
Sonda qaliblərə mükafatlar təqdim edilib.
Qeyd edək ki, müsabiqə "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə Mədəniyyət və Xarici İşlər Nazirlikləri tərəfindən keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
YAZARLAR
Meyxanaçıları məhvə sürükləyən səbəblər: Otlar onların təbinə necə təsir edir?