MƏDƏNİYYƏT

“Dolma məsələsi: bütün şübhələrə son” monoqrafiyası dünya xalqlarının dilində

Milli mətbəximizin qorunmasında və inkişafında bu kitabın xüsusi əhəmiyyəti var.
Sputnik
BAKI, 3 aprel - Sputnik. Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun “Dolma məsələsi: bütün şübhələrə son” monoqrafiyası türk və özbək dillərində çap olunub. Sputnik Azərbaycan xəbər verir ki, monoqrafiyanı türk dilinə Yusif Aslan, özbək dilinə Gulzira Şaripova tərcümə edib.
Bu kitab Bişkekdə daha əvvəl rus və ingilis dillərində nəşr olunub. Kitabda təkzibolunmaz faktlarla sübut edilir ki, dolma Azərbaycan xalqının yaratdığı və bişirdiyi yeməkdir.
Nəşrdə erməni alimləri və mütəxəssisləri tərəfindən də dolmanın məhz Azərbaycan yeməyi olduğu bildirilir.
Milli mətbəximizin qorunmasında və inkişafında bu kitabın xüsusi əhəmiyyəti var.
Xatırladırıq ki, tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov 30-dan çox kitabın müəllifidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Sərhədlərimizi mətbəxlə bərpa edəcəyik - Tahir Əmiraslanov