İQTİSADİYYAT

Ölkəmiz elektrik enerjisindən ən çox istifadə edən ölkələr sırasındadır

Külək və günəş enerjisinə ən sürətli keçid Hollandiya, Avstraliya və Vyetnamda baş verib. Hər 3 ölkə son iki ildə elektrik enerjisi tələbinin 10%-ni fosil yanacaqdan "yaşıl mənbələr"ə keçirib
Sputnik
BAKI, 1 aprel — Sputnik. Ötən il qlobal miqyasda 12%-lik artımla Azərbaycan elektrik enerjisinə tələbatın ən sürətlə artdığı 2-ci ölkə olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqlim və enerji sektorunda fəaliyyət göstərən "Ember" konsaltinq şirkətinin hesabatında bildirilib.
Sənədə əsasən, 2021-ci ildə elektrik enerjisinə tələbatın ən sürətlə artdığı ölkə Çin (13%) olub. Onu Azərbaycan (12%), Qazaxıstan (10%) və Türkiyə (9%) izləyib.
Araşdırmaya görə, digər bərpa olunan enerji mənbələri nəzərə alındıqda, 2021-ci ildə dünyada elektrik enerjisi istehsalının 38%-i "yaşıl enerji" mənbələri hesabına həyata keçirilib. Digər tərəfdən, kömür istifadəsində pandemiyadan sonrakı iqtisadi canlanma dövründə 1985-ci ildən bəri ən sürətli artım yaşanıb. 2015-ci ildə Paris İqlim Sazişi imzalanandan bəri küləyin və günəşin payı elektrik enerjisi istehsalında iki dəfə artıb.
Külək və günəş enerjisinə ən sürətli keçid Hollandiya, Avstraliya və Vyetnamda baş verib. Hər 3 ölkə son iki ildə elektrik enerjisi tələbinin 10%-ni fosil yanacaqdan "yaşıl mənbələr"ə keçirib.
Tədqiqatçılar bildirirlər ki, 2021-ci ildə kömürə tələbatın yenidən artmasına baxmayaraq, ABŞ, Böyük Britaniya, Almaniya və Kanada kimi böyük iqtisadiyyatlar yaxın 15 il ərzində şəbəkələrini 100% elektrikləşdirməyi hədəfləyir. Bu dəyişiklik, qlobal istiləşməni 1,5 dərəcə Selsi şkalası ilə məhdudlaşdırmaq üçün ölkələrin iqlim öhdəlikləri ilə bağlıdır. Alimlər buna nail olmaq üçün külək və günəş enerjisindən istifadənin 2030-cu ilə qədər hər il təxminən 20% artması hesabına mümkün olduğunu qeyd edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İNFOQRAFİKA
Qaradağ günəş elektrik stansiyası