RUSİYA

Rusiya XİN-dən Delyaginin fikirlərinə reaksiya - Bu, məsuliyyətsizlikdir

Zaxarova bildirib ki, rəsmi Bakı ilə qarşılıqlı müttəfiqlik fəaliyyəti, habelə strateji tərəfdaşlıq münasibətləri mövcuddur və deputatın bu çıxışı məsuliyyətsizlikdir.
Sputnik
BAKI, 29 mart — Sputnik. "Deputat Delyaginin Azərbaycan və Qarabağla bağlı açıqlamaları Moskvanın mövqeyinə uyğun gəlmir və qəbuledilməzdir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, rəsmi Bakı ilə qarşılıqlı müttəfiqlik fəaliyyəti, habelə strateji tərəfdaşlıq münasibətləri mövcuddur və deputatın bu çıxışı məsuliyyətsizlikdir:
"Əminik ki, Rusiya Dövlət Dumasının rəhbərliyi tərəfindən bu cür təxribat xarakterli bəyanatlara müvafiq qiymət veriləcək".
Qeyd edək ki, M.Delyagin martın 27-də Rusiyanın "Rossiya1" və "Pervıy" federal kanallarında çıxış edib. O, rəsmi Bakının Ukraynaya dəstəyi, habelə Azərbaycanın Qarabağda Fərrux kəndini nəzarətə almasına toxunub və Azərbaycanı "peyk dövlət" adlandıraraq neft infrastrukturlarına nüvə zərbəsi endirilməsini təklif edib.
Sonradan Azərbaycanı bombalamağa çağıran Dövlət Dumasının deputatı Mixail Delyaqin sözlərinə görə üzr istəyib.
"Danışır Moskva" radiosuna müsahibəsində deputat öz hərəkətindən təəssüfləndiyini bildirib. Eyni zamanda Delyaqin ehtimal edir ki, onu düzgün başa düşməyiblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Azərbaycandakı Rus icması Qarabağdakı vəziyyətlə bağlı bəyanat yaydı