CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycandakı Rus icması Qarabağdakı vəziyyətlə bağlı bəyanat yaydı

Bildirilib ki, Rusiya Dumasının deputatı Mixail Delyaqinin təxribat xarakterlı bəyanatları Rus icması tərəfindən pislənir.
Sputnik
BAKI, 29 mart — Sputnik. Azərbaycanın Rus icması bəyanatla çıxış edib. Sputnik Azərbaycan xəbər verir ki, bəyanatda Qarabağdakı vəziyyətlə yanaşı, bir sıra məsələrə toxunulub.
Qeyd olunub ki, Rus icması bütün Azərbaycan xalqı kimi, ölkə prezidenti İlham Əliyevin mövqeyinə və fəaliyyətinə tam dəstəyini ifadə edir:
"Azərbaycan ərazilərində qeyri-qanuni silahlı dəstələrinin mövcudluğu bölgədəkı vəziyyətə mənfi təsir edir və sülh quruculuğuna ciddi maneə yaradır. Rus icması Rusiyanı vəziyyəti və Bakının addımlarını obyektiv dəyərləndirməyə və erməni silahlı birləşmələrinin ərazidən çıxarılmasına töhfə verməyə çağırır".
Bildirilib ki, Rusiya Dumasının deputatı Mixail Delyaqinin təxribat xarakterlı bəyanatları Rus icması tərəfindən pislənir və bu cür bəyanatlar ikitərəfli münasibətlərin heç də xeyrinə deyil:
"Rusiya rəsmi sənədlərində və KİV-lərində "Dağlıq Qarabağ" ifadəsinin işlədilməsinə son qoymaq vacibdir. Bu hüquqi cəhətdən mövcud olmayan toponimdir. Rus icması əmindir ki, xeyirxah qonşuluq, qarşılıqlı hörmət və yüksək mənəviyyat Bakı və Moskva arasında uğurlu münasibətlərin bünövrəsidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Duma üzvünün Azərbaycan neft sənayesinə nüvə zərbəsi endirmək təklifinə Kremldən reaksiya