İQTİSADİYYAT

Rusiyanın şəkər ixracına qadağası Azərbaycanda qiymətlərə ciddi təsir etməyəcək - Ekspert

İqtisadçı hesab edir ki, ölkənin daxili ərzaq ehtiyatları, o cümlədən şəkər ehtiyatı da yetərincədir.
Sputnik
BAKI, 26 mart - Sputnik. Rusiyanın şəkər ixracına qadağası Azərbaycandakı qiymətlərə ciddi təsir etməyəcək. Bunu @SputnikAz-a müsahibəsində İqtisadçı Emin Qəribli qonşu ölkədəki tədbirərin Azərbaycan bazarına mümkün təsirini şərh edərkən deyib.
Onun fikrincə, Azərbaycanda bazarın bu seqmentində problem olmayacaq.
“Rusiyanın Azərbaycana ərzaq idxalında payı yetərincə böyükdür. Lakin şəkər bazarı geniş bazardır və xeyli sayda alternativ tədarük istiqamətləri mövcuddur”, - deyə Qəribli qeyd edib.
İqtisadçı ekspert - Emin Qəribli

Onun qənaətinə görə, bundan başqa, ölkənin daxili ərzaq ehtiyatları, o cümlədən şəkər ehtiyatı da yetərincədir.
İqtisadçının fikrincə dünyadakı son hadisələr Azərbaycanda ərzaq qıtlığına səbəb olmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İNFOQRAFİKA
Azərbaycanın xarici ticarəti rəqəmlərdə