BAKI, 26 mart - Sputnik. İngiltərədə aparılan araşdırmalar zamanı bəlli olub ki, 22:00-23:00 saatları aralığında yatmaq ürək, qan-damar sistemi üçün çox faydalıdır. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 88 min üzərində aparılan araşdırmalar zamanı bəlli olub ki, bədənin bioloji saatına uyğun olaraq normal vaxtda - 22:00-23:00 aralığında yatmaq ürək xəstəlikləri və əqan-damar sistemi xəstəlikləri riskini azaldır.
Avropa Kardiologiya Dərnəyi tərəfindən 6 il ərzində hər gün 88 min nəfər üzərində aparılan araşdırma zamanı davamlı olaraq hər şəxsin ürək və qan-damar sistemindəki vəziyyət izlənilib.
Araşdırmanın nəticəsinə müvafiq olaraq qeyd olunur ki, ən pisi gecə yarısı yatağa girməkdir. Bu zaman bədənin bioloji saatı pozulur.
Mütəxəssislər gündəlik olaraq 7-9 saat yatmağı tövsiyə edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.