RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Donetskə endirilən zərbəyə cavab olaraq Ukraynanın müdafiə sənayesi məhv ediləcək - RF MN

General bildirib ki, qeyd olunan hərəkətlərə cavab olaraq, millətçilərin hərbi cinayətlər törətmək üçün istifadə etdikləri silahları istehsal edən müəssisələr sıradan çıxarılacaq.
Sputnik
BAKI, 14 mart - Sputnik. Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bazar ertəsi Rusiya Silahlı Qüvvələrinin Donetskə endirdiyi zərbəyə cavab olaraq Ukraynanın hərbi-sənaye kompleksinin obyektlərini məhv edəcəklərini bildirib. Bu barədə RİA Novosti xəbər yayıb.
“Kiyev rejimi dinc əhaliyə və mülki infrastruktura qarşı ən dağıdıcı silah növlərindən istifadə edərək terror taktikasından istifadə etməkdə davam edir. Bundan əvvəl Ukraynanın “Toçka-U” taktiki raketinin kasetli sursatlarla Donetsk şəhərinin sıx məskunlaşdığı məhəlləsinə bu gün endirdiyi zərbənin nəticələri barədə məlumat vermişdik".
Daha sonra general bildirib ki, qeyd olunan hərəkətlərə cavab olaraq, Rusiya Federasiyası Silahlı Qüvvələri millətçilərin hərbi cinayətlər törətmək üçün istifadə etdikləri silahları istehsal edən, təmir edən və bərpa edən Ukraynanın hərbi sənaye kompleksinin müəssisələrini sıradan çıxarmaq üçün operativ tədbirlər görəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Kiyev məğlubiyyətlərinin qisasını Donetskə raket hücumu ilə almağa çalışır - RF XİN