RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya idxaldan asılılığını azaltmağa hazırdır – Manturov

Eyni zamanda vurğulanıb ki, Rusiya bazarını tərk etməyi planlaşdıran təşkilatlar sənayedə çöküş yarada bilməyəcəklər.
Sputnik
BAKI, 6 mart — Sputnik. Rusiya Federasiyasının sənayesi enerji avadanlıqlarının istehsalının davamlılığını təmin etməyə hazırdır. Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov deyib.
O maşınqayırma sənayesinin nünayəndələri ilə görüşündə bildirib ki, bu məhsulların istehsalına hazırdırlar.
"Rusiya sənayesi enerji avadanlıqlarının istehsalı üçün texnoloji proseslərin fasiləsizliyini təmin etməyə hazırdır, bunun üçün bizim lazımi səriştəmiz var. Biz bu məhsulların idxaldan azad edilməsini sürətləndirməyə hazırıq", - Manturov deyib.
Nazirlikdən verilən məlumatda qeyd edilib ki, Sənaye və Ticarət Nazirliyi xarici şirkətlərlə konstruktiv işgüzar əlaqələri davam etdirməyə, eləcə də əvvəllər qəbul edilmiş bütün öhdəlikləri yerinə yetirməyə hazırdır.
Eyni zamanda vurğulanıb ki, Rusiya bazarını tərk etməyi planlaşdıran təşkilatlar sənayedə çöküş yarada bilməyəcəklər, çünki bu gün Rusiyada lazımi texnologiyalar və səriştələr, habelə müvafiq məhsulların hazırlanması və dəyişdirilməsi üzrə ixtisaslaşmış müəssisələr var.
İclas iştirakçıları yerli elektrik maşınları istehsalçılarının texnoloji səviyyəsinin ən yüksək beynəlxalq standartlara cavab verməsini, yerli turbin və qazanxana avadanlıqları və bütün enerji xətlərini istehsal etmək imkanlarına əminliklərini bildiriblər.
"Məhz bu avadanlıqlar bütün Rusiyada vətəndaşların və müəssisələrin evlərini işıq və istiliklə təmin etmək üçün əsasdır. 2024-cü ilin sonuna qədər GTE-65, GTE-170 və GTD-110M innovativ yüksək tutumlu qaz turbinləri gətirilərək vahid enerji sisteminə inteqrasiya olunanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.

Həmçinin oxuyun:

Kreml Putinlə Ərdoğanın danışacağını təsdiq edib