RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

İlon Mask Rusiya KİV-ni bloklamaqdan niyə imtina edib

O bildirib ki, bəzi dövlətlər "Starlink"-dən Rusiyaya məxsus xəbər mənbələrini bloklamağı tələb edib.
Sputnik
BAKI, 5 mart — Sputnik. Amerikalı iş adamı, "Tesla" və "Space X" şirkətinin rəhbəri İlon Mask Rusiyaya məxsus xəbər mənbələrini əngəlləməkdən imtina edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, "Twitter" hesabında yazıb.
"Bəzi dövlətlər "Starlink"-dən Rusiyaya məxsus xəbər mənbələrini bloklamağı tələb edib. Biz bunu silah gücü olmasa etməyəcəyik", - Mask yazıb.
O qeyd edib ki, söz azadlığının mütləq tərəfdarıdır.
"Starlink" yüksək sürətli genişzolaqlı internetə çıxışı təmin etmək üçün "SpaceX" (qərargahı Redmondda yerləşir) tərəfindən yerləşdirilən qlobal peyk sistemidir.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya Prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq doqquz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.

Həmçinin oxuyun:

Rusiya MN Ukraynadakı vəziyyətlə bağlı məlumat yaydı
Lavrov: Rusiya şərtlərini dəqiq şəkildə açıqlayıb
Peskov: Qərbin Rusiyaya qarşı mövqeyinin dəyişəcəyinə ümid edirik