BAKI, 5 mart — Sputnik. Rusiya Ukrayna ilə danışıqlarda öz şərtlərini dəqiq şəkildə açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ətrafında vəziyyətlə bağlı danışarkən deyib.
Lavrov bildirib ki, Rusiya yalnız Ukraynanın hərbi infrastrukturuna zərbələr endirir: Rusiya Federasiyası ABŞ-dan sanksiyalarla bağlı vəziyyətin Moskvanın Tehranla əməkdaşlığına təsir etməyəcəyinə dair yazılı təminat istəyib. Qərbin Rusiyaya qarşı yönəltdiyi sanksiya dalğası hələ də bitməyib.
Rusiya XİN rəhbəri deyib ki, Zelenskinin militarist çılğınlığı, onun Rusiya ilə danışıqlara ehtiyacı olmadığına işarə edir: "Kiyev, NATO ilə Rusiya arasında münaqişə yaratmaq istəyir, alyansın iştirakı ilə ölkədəki vəziyyətin həll olunmasına ümid edir. Rusiya hələlik Ukraynadan danışıqların üçüncü raundunun tarixi haqqında məlumat almayıb. Lakin, Rusiya Kiyevin "əhvalının" dəyişəcəyinə ümid edir".
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: