İDMAN

"Neftçi" klubu və onun futbolçusu cərimələnib

Analoji cəriməyə "Səbail" klubu 4 futbolçusu "Zirə" ilə görüşdə sarı vərəqə gördüyü üçün məruz qalıb.
Sputnik
BAKI, 4 mart — Sputnik. AFFA İntizam Komitəsi "Neftçi" klubunu azarkeşlərinə görə 1600 manat məbləğində cərimələyib.
Sputnik Azərbaycan Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna fanatların səfərdə "Sabah" komandasına qarşı Premyer Liqanın XVII tur oyununda meydana yad əşyalar atmaları səbəb olub.
Bundan başqa "ağ-qaralar" 4 oyunçusu sarı vərəqə aldığı üçün əlavə olaraq 800 manat ödəyəcək.
Analoji cəriməyə "Səbail" klubu 4 futbolçusu "Zirə" ilə görüşdə sarı vərəqə gördüyü üçün məruz qalıb. Qeyd edək ki, "Neftçi" "Sabah"ı, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə yenib.
Qeyd edək ki, AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu Mirabdulla Abbasovu cəzalandırıb. 27 yaşlı hücumçu Azərbaycan I Divizionunda "Neftçi-2"nin heyətində "Qaradağ Lökbatan"la səfər oyununda birbaşa qırmızı vərəqə alıb.
O, görüşün 42-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün meydandan qovulub.
Abbasov 4 oyunluq diskvalifikasiyaya, klubu 320 manat cəriməyə məruz qalıb. Qeyd edək ki, matç "Qaradağ Lökbatan"ın qələbəsi ilə yekunlaşıb - 2:0.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İDMAN
Premyer Liqa oyunlarının hakim təyinatları açıqlanıb