CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda məşhur şairi 11 illik həbsxana həyatı gözləyir

Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir
Sputnik
BAKI, 2 mart — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında Əjdər Cəbiyevin verilmiş ittihamlarla təqsirli bilinməsini və 11 il azadlıqdan məhrum edilməsini tələb edib.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla həbs edilən Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinərək saxlanılıb.
Ə. Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Məşhur şair-publisist dövlətə dəymiş 500 min manatlıq ziyanı ödəyib
Əjdər Ol: "Səlim Müslümovun heç nədən xəbəri olmayıb"